...

Çempionlar Liqası: "Atletiko Madrid" 1/4 finala yüksəlib

İdman Materials 16 Mart 2022 02:06 (UTC +04:00)
Çempionlar Liqası: "Atletiko Madrid" 1/4 finala yüksəlib

Bakı. Trend:

İspaniyanın "Atletiko Madrid" futbol klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İngiltərənin “Mançester Yunayted” klubuna 1:0 hesabı ilə qalib gəlib.

Trend-in məlumatına görə, görüş Mançesterin "Old Trafford" stadionunda keçirilib.

Qolu 41-ci dəqiqədə Renan Lodi vurub. Madriddə keçirilən ilk görüş 1:1 hesablı heç-heçə başa çatıb.

Beləliklə, iki oyunun nəticələrinə görə “Atletiko” Çempionlar Liqasının 1/4 finalına yüksəlib, komandanın rəqibi martın 18-də püşkatmanın nəticələrinə əsasən müəyyənləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti