...

2020-ci ildə Formula 1-ə alınan biletlər bu il keçərlidir - Bakı Şəhər Halqası

İdman Materials 17 Mart 2022 12:36 (UTC +04:00)
2020-ci ildə Formula 1-ə alınan biletlər bu il keçərlidir - Bakı Şəhər Halqası
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Formula 1 Azərbaycan Qran Prisinə maraq böyükdür və bilet satışı davam edir.

Bunu Trend-ə açıqlamasında Bakı Şəhər Halqasının mətbuat katibi Turab Teymurov deyib.

Onun sözlərinə görə, yarışlara biletlərin qiyməti 90 manatdan 970 manata qədərdir.

"2020-ci ildə Formula1-ə bilet alan tamaşaçılar öz biletlərindən bu il istifadə edə bilərlər. Bunun üçün bizimlə əlaqə saxlayıb, biletlərinizi dəyişə bilərsiniz", - T.Teymurov bidirib.

Qeyd edək ki, 10-12 iyun 2022-ci il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına fevral ayının 22-dən etibarən start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti