...

Dünya Kubokunda Azərbaycan gimnastlarından layiqli çıxış gözləyirik - Azərbaycan Gimnastika Federasiyasının baş katibi

İdman Materials 31 Mart 2022 16:17 (UTC +04:00)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan gimnastlarından Bakıda keçirilən kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kubokunda layiqli çıxış gözləyirik.

Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyib.

"Kişi idman gimnastikasında Azərbaycanı beş idmançı, qadın idman gimnastikasında iki idmançı təmsil edir. Kişi gimnastlar əvvəlki Dünya Kuboklarının finalçılarıdır. Qeyd edim ki, 2022-ci ildən başlayaraq idmançılar yeni proqramlarla çıxış edirlər. Yeni Olimpiya dövründə qaydalar dəyişdiyi üçün gimnastlar öz proqramlarını bu qaydalar əsasında nümayiş etdirir", - deyə o bildirib.

Baş katib qeyd edib ki, Dünya Kuboku dörd gün ərzində davam edəcək.

"Yarışların ilk iki günündə təsnifat mərhələləri, son iki gündə isə final mərhələsi keçiriləcək. Ənənəyə uyğun olaraq yarışların sonunda ən yüksək icra xalına görə idmançılara Azərbaycan Gimnastika Federasiyasının "AGF Trophy" kuboku təqdim olunacaq.

Bundan başqa, bu il müxtəlif ölkələrdə idman gimnastikası üzrə Dünya kubokları keçirilib, Bakıdakı yarışlar isə sonuncu mərhələdir. Dörd mərhələnin ən yaxşı üç nəticəsini nəzərə alaraq Beynəlxalq Gimnastika Federasiyası idmançılar FIG Kubokunu təqdim edəcək", - N.Məmmədzadə deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti