...

Bakıdakı Milli Gimnastika Arenasındakı gözəl şəraitdən məmnunam - Türkiyə idmançısı

İdman Materials 31 Mart 2022 22:34 (UTC +04:00)
Bakıdakı Milli Gimnastika Arenasındakı gözəl şəraitdən məmnunam - Türkiyə idmançısı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında yaradılan gözəl şəraitdən məmnunam.

Bu barədə Trend-ə Türkiyəli idmançı, Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunun iştirakçısı Adem Asil deyib.

"Bu, mənim Azərbaycana ikinci səfərimdir. Mən bura böyük məmnuniyyətlə gəlirəm, burada bizi həmişə çox səmimi qarşılayırlar. Milli Gimnastika Arenası idmançıların məşq edə, dincələ və sağlamlıqlarına diqqət yetirə biləcəyi əla kompleksdir. Burada hər şey ən xırda detallara qədər düşünülmüşdür", - deyə A.Asil qeyd edib.

Davam edən Dünya Kubokunda rəqiblərindən danışan türkiyəli gimnast rəqiblərin hamısının güclü olduğunu vurğulayıb.

"Bakıda keçirilən Dünya Kubokunda olimpiya mükafatçıları, dünya və Avropa çempionları - bütün təcrübəli gimnastlar iştirak edir. Türkiyənin də güclü və layiqli komandası var, yaxşı nəticə göstərəcəyimizə inanıram”, - deyə o əlavə edib.

A/Asilin sözlərinə görə, o, təsnifat mərhələsinin ilk günündəki çıxışından razı qalıb:

"Bu gün iki proqram üzrə çıxış etdim və finala çıxdım. İlk sıralanma günündə bir az narahat oldum, amma ümumilikdə nəticədən razı qaldım".

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayacaq.

Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş Dünya kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək Dünya kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti