...

Benzema bir mövsümdə vurulan qollara görə şəxsi rekordunu yeniləyib

İdman Materials 7 Aprel 2022 08:50 (UTC +04:00)
Benzema bir mövsümdə vurulan qollara görə şəxsi rekordunu yeniləyib

Bakı. Trend:

"Real" (Madrid) hücumçusu Kərim Benzema karyerasında ilk dəfə bir mövsümdə 40-dan çox qol vurub.

Trend-in məlumatına görə, ötən gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən "Çelsi" - "Real" qarşılaşmasında K.Benzema het-trik edib. Oyun kral klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ötən gün vurduğu üç qolla K.Benzema cari mövsümdə vurduğu qolların sayını 42-yə çatdırıb. Fransalı hücuçu "Real"ın heyətində 47 qol, Fransa yığması heyətində isə 5 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti