...

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının növbəti qalibi müəyyənləşib (FOTO)

İdman Materials 10 Aprel 2022 16:57 (UTC +04:00)
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının növbəti qalibi müəyyənləşib (FOTO)

Bakı. Trend:

9-10 aprel tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatında ikinci yarış gününə start verilib.

Trend xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.

Kişilər arasında bu gün körpücük üzərinə ilk olaraq çəkisi 73 kq-a qədər olan idmançılar çıxıblar. Toplam 297 kq (135+162) çəkinin öhdəsindən gələn Paşa İbrahimli qızıl medala sahib çıxıb. Toplam 286 kq (126+160) nəticə ilə Nurlan Məmmədzadə ikinci, toplam 285 kq (130+155) nəticə ilə Ömər Cavadov üçüncü yeri tutublar.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti