...

Premyer Liqa: "Liverpul" "Mançester "Yunayted"i darmadağın edib

İdman Materials 20 Aprel 2022 01:09 (UTC +04:00)
Premyer Liqa: "Liverpul" "Mançester "Yunayted"i darmadağın edib

Bakı. Trend:

Futbol üzrə İngiltərə Premyer Liqasının növbəti turu çərçivəsində "Liverpul" "Mançester Yunayted"i qəbul edib.

Trend xəbər verir ki, oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Luis Dias (5-ci dəqiqə), Məhəmməd Salah (22, 85) və Sadio Mane (68) vurublar.

Qeyd edək ki, 32 oyun keçirən "Liverpul" 76 xalla turnir cədvəlində liderdir, 33 oyun keçirən "Mançester Yunayted" isə 54 xalla 6-cı yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti