Bakı. Trend:
Azərbaycan gimnastlarının Bakıda Dünya Kubokunda məşq zamanı əldə etdikləri uğurları layiqincə nümayiş etdirəcəklərini gözləyirik.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə deyib.
"Yeni Olimpiya dövründə qaydalar dəyişib və bütün gimnastlar öz hərəkətlərini bu dəyişikliklərə uyğun təqdim edir. Fərdi proqramda çıxış edən Azərbaycan gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova müəyyən təcrübəyə malik gimnastlardır. Zöhrə Ağamirova 2019-cu il yay Universiadasının gümüş mükafatçısıdır, Arzu Cəlilova gənclər arasına dünya çempionatının gümüş və bürünc mükafatçısıdır. Biz onların məşq zamanı əldə etdikləri uğurları layiqincə nümayiş etdirəcəklərini gözləyirik", - deyə o bildirib.
Baş katib əlavə edib ki, Dünya Kuboku Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci və tamaşaçıların iştirakı ilə keçirilən 2-ci beynəlxalq yarışdır.
"Dünya Kubokunun birinci günündə təsnifat mərhələləri keçirilir. Sabah, yarışların ikinci günündə fərdi gimnastlar və qruplar arasında çoxnövçülükdə qaliblər müəyyənləşəcək. Yarışların üçüncü, yekun günündə ayrı-ayrı növlərdə finallar baş tutacaq", - N.Məmmədzadə deyib.
(Tərcümə: Orxan Nəbiyev)