...

İtaliyada batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnirdə komandamızın üzvləri daha 3 medal qazanıblar (FOTO)

İdman Materials 28 May 2022 13:34 (UTC +04:00)
İtaliyada batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnirdə komandamızın üzvləri daha 3 medal qazanıblar (FOTO)

Bakı. Trend:

İtaliyanın Rimini şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 3-cü “Aere Trampoline Cup” beynəlxalq turnirində yığma komandamızın üzvləri batut üzrə 13-16 yaş kateqoriyasında daha 3 medal qazanıblar.

Trend-in məlumatına görə, fərdi proqramda mübarizə aparan Maqsud Mahsudov qızıl medal əldə edib.

İdmançımız sinxron cütlük proqramında da komanda yoldaşı Hüseyn Abbasov ilə birlikdə ən güclü olduğunu sübuta yetirib. Sinxron cütlüklər proqramında daha bir gümüş medala Nicat Mirzəyev və Əli Niftəliyev sahib çıxıblar. Xatırladaq ki, komandamıza ilk qızıl medalı tamblinq üzrə 13-16 yaş qrupunda Bilal Qurbanov qazandırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti