...

"Qarabağ" klubunun Ağdama səfəri gündəmdə deyil - RƏSMİ

İdman Materials 1 İyun 2022 14:03 (UTC +04:00)
"Qarabağ" klubunun Ağdama səfəri gündəmdə deyil - RƏSMİ
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Qarabağ" futbol klubu Azərbaycan çempionu və kubokunun sahibi olduqdan sonra Ağdama getməyi planlaşdırırdıq.

Bunu Trend-ə "Qarabağ" klubunun mətbuat katibi Gündüz Abbaszadə deyib.

O bildirib ki, lakin Azərbaycan çempionatı və kubok oyunları başa çatandan sonra komandamızın futbolçuları milli komandalara yollandılar.

"Futbolçularımız ölkəmizin əsas milli futbol komandasında və U21 komandasında oynayırlar. Bundan başqa legionerlərimizin bir çoxu Millətlər Liqasının oyunlarıyla bağlı öz milli komandalarına dəvət aldılar. Legionerlərimiz komandaya iyun ayının 15-dən sonra qayıdacaqlar. Çempionlar Liqasının təsnifat mərhələsinin oyunlarına vaxt az qalacağına görə, məşqlərə başlayacaqlar. Buna görə də Ağdama səfər etmək iyunun 15-nə qədər gündəmdə deyil. Bunun da əsas səbəbi futbolçularımızın ölkədə olmamasıdır", -deyə o qeyd edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti