Bakı. Trend:
2022-ci il Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 pilotlarının məşq sesiyası zaman bir neçə qəza baş verib.
Trend-in məlumatına görə, bolidlər sərbəst yürüş zamanı qoruyucu səddə çırpılıb və yarışmanı dayandırıblar.
Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir. Yarışlarda 10 komanda iştirak edir. Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb.
Bu gün start götürən Formula 1 Azərbaycan Qran Prisi iyunun 12-dək davam edəcək.