...

"PSJ" Levandovskini heyətinə cəlb etmək niyyətindədir

İdman Materials 12 İyun 2022 00:21 (UTC +04:00)
"PSJ" Levandovskini heyətinə cəlb etmək niyyətindədir

Bakı. Trend:

Fransanın "PSJ" klubu "Bavariya"nın Polşalı hücumçusu Robert Levandovskini transfer etmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə "L'Equipe" nəşri yazır.

Məlumata görə, parislilərin yeni müşaviri Luis Kampos 33 yaşlı hücumçunun hesabına klubun hücum xəttinin gücləndirmək fikrindədir. Beləliklə, "PSJ" R. Levandovskini heyətində görmək istəyən İspaniyanın "Barselona" klubu ilə mübarizə aparmalı olacaq.

Xatırladaq ki, Levandovski daha əvvəl "Bavariya"dan ayrılmaq istədiyini açıqlayıb. Bundan başqa, hücumçu klubun mövsümöncəsi təlim-məşq toplanışına gəlməkdən imtina edib. Polşalı hücumçunun Bundesliqa çempionu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti