Bakı. Trend:
Böyük Britaniyada keçirilən Formula 1 üzrə dünya çempionatının 10-cu mərhələsinin yarışı 1-ci döngədə beş pilotun iştirakı ilə baş verən qəzaya görə dayandırılıb.
Trend xəbər verir ki, "Alfa Romeo" komandasının çinli pilotu Çjou Quanyunun idarə etdiyi bolid trasdan çıxaraq aşıb. Yarışın mətbuat xidmətindən bildirilib ki, Çjou Quanqyu və “Uilyams”ın pilotu tailandlı Aleksandr Albon xəstəxanaya aparılıblar.
Həmçinin qəzaya "Mercedes"in britaniyalı pilotu Corc Rassel, fransız Esteban Okon ("Alpin") və yaponiyalı Yuki Tsunoda ("Alpha Tauri") düşüblər.