Bakı. Trend:
Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında ilk dəfə olaraq 35 idmançı arasında bürünc medal qazanıb.
Federasiyanın Mətbuat Xidmətinin rəhbəri Məqsəd Rəhimovun Trend-ə verdiyi məlumata görə, 18 yaşlı idmançı finalda 200 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə rəqiblərini qabaqlayaraq finişə üçüncü çatıb.