...

“İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı” ilə bağlı mətbuat konfransı keçirilib (FOTO/VİDEO)

İdman Materials 16 İyul 2022 12:14 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) təşkil etdiyi “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı” ilə bağlı mətbuat konfransı keçirilib.

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İdman Filmləri və Proqramları Milli Televiziya festivalının təşkilat komitəsinin sədri Çingiz Hüseynzadə Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş festivalın idmanın kütləviləşdirilməsindəki əhəmiyyətindən danışdı. Onun sözlərinə görə, belə bir festival gələcəkdə idman və idmançının filmlər, video-çarxlar, musiqili kliplər və reklamlar vasitəsilə təbliğatına marağı artıracaq.

Festivalın baş direktoru və prodüseri Avrasiya Televiziya və radio Akademiyasının akademiki Arzu Qulamov 1 iyul tarixindən start verilən festivalda 4 nomanisayia üzrə qiymətləndimə aparılacağını bildirib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xalqımızın sağlam gələcəyini təmin etmək üçün Azərbaycanda idmanı ümumxalq hərəkatına çevirmək siyasətini davam etdirən bu festivalda dövlət, özəl televiziya kanalları, prodakşn studiyaları, idman federasiyaları və kommersiya şirkətləri tərəfindən 2020-2022-ci illərdə istehsal edilmiş, idmanın və idmançıların təbliğinə həsr olunmuş filmlər, proqramlar, reklam çarxları və musiqili kliplər iştirak edə bilər.

İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı ölkənin əhəmiyyətli və ən parlaq idman və mədəniyyət tədbirlərdən biri olmaqla yanaşı, ilk idman filmləri və televiziya proqramları müsabiqəsidir.

Festivalın münsiflər heyəti isə özündə idman və mədəniyyət xadimlərini birləşdirib. Olimpiya Çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova festivalın münsiflər heyətinin sədridir. Rejissor, ssenarist, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Oleq Səfərəliyev, MDB ölkələri kino ittifaqları konfederasiyasının təşkilat katibi, prodüser Fatimə İbrahimbəyova kimi Azərbaycan idman və incəsənətin inkişafında əməyi olan tanınmış şəxslərdən ibarət olan münsiflər heyəti festival çərçivəsində müəyyən olunmuş nominasiyalar üzrə 3 ən yaxşı yerə layiq olan işləri seçib, qalibləri müəyyən edəcək. Eyni zamanda, festivalın rəsmi internet səhifəsində tamaşaçı səsverməsi aparılacaq və onun nəticələri də münsiflər heyəti tərəfindən nəzərə alınacaqdır. Festivalın sonunda təntənəli bağlanış mərasimi zamanı qaliblərin elan edilməsi və mükafatlandırılması keçiriləcək, bütün iştirakçılara və laureatlara diplomlar təqdim olunacaq.

Yarışmaya qatılmaq istəyən müəlliflər və təşkilarlar müəllif hüququları onlara aid filmləri, proqramları, reklam çarxları və musiqili kliplərini festivalın təşkilat komitəsinin ünvanına DVD, flaşkart formasında təqdim etməli və ya digər faylların ötürülməsi üçün istifadə olunan resurslar vasitəsilə festivalın rəsmi elektron poçt ünvanına göndərilməlidir. Festivala 01.07.22-30.10.22. tarixinədək materialalr qəbul olunur.

http://millitvfest.az/, https://www.facebook.com/millitvfest.az/. sayt və sosial media hesablarından da daha ətraflı məlumat əldə etmək olar.

Qeyd etmək lazımdır ki, İdman Filmləri və Proqramları Milli Televiziya Festivalın məğrur tərəfdaşı AZTV və AZTV İdman, informasiya tərfdaşları isə CBC SPORT, XƏZƏR və SPACE televiziya kanallarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti