Bakı. Trend:
“Liverpul” futbol klubu “Mançester Siti” komandasını 3:1 hesabı ilə məğlub edərək İngiltərə Superkubokunun qalibi olub.
Trend-in məlumatına görə, görüş Lesterdə "Kinq Pauer" stadionunda keçirilib.
Qalib komandanın heyətində qolları Trent Aleksander-Arnold (21-ci dəqiqə), Məhəmməd Salah (83, penaltidən) və Darvin Nunyes (90+4) vurublar. Xulian Alvares "Mançester Siti"in heyətində fərqlənib (70).