...

Çövkən oyunu üzrə Şuşa kubokunun qalibi müəyyənləşib (FOTO)

İdman Materials 6 Avqust 2022 10:57 (UTC +04:00)
Çövkən oyunu üzrə Şuşa kubokunun qalibi müəyyənləşib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə Şuşa kuboku turnirinin final görüşü keçirilib.

Trend-in məlumatına görə, Binə Atçılıq Mərkəzini qapalı manejində baş tutan yarışın son görüşündə “Buta Qolden” və “Polad” komandaları birincilik uğrunda mübarizə aparıblar. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə “Polad” komandasi rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Sərhədçi Dilbaz” və “Köhlən” komandaları arasında Şuşa kubokunda üçüncü yer uğrunda mübarizə isə “Sərhədçi Dilbaz” komandasının 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Foto: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti