...

Azərbaycan güləşçisi İslamiadada 3-cü pillədə qərarlaşıb

İdman Materials 11 Avqust 2022 20:18 (UTC +04:00)

Konya.Trend:

Azərbaycan idmançısı Tatyana Omelçenko V İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışlarında bürünc medal qazanıb.

Trend-in məlumatına görə, T.Omelçenko İndoneziya idmançısı Harişma Tantrianı 11:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, bu gün Azərbaycan idmançıları Oyunlarda stend atıcılığı, atletika, taekvondo, güləş, voleybol, həndbol, para-üzgüçülük, para-atıcılıq, stolüstü tennis, gimnastika, paralimpiya atletikası və velosiped idmanı üzrə yarışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti