...

Kərim Benzema ötən mövsümün ən yaxşı futbolçusu seçilib

İdman Materials 26 Avqust 2022 00:46 (UTC +04:00)
Kərim Benzema ötən mövsümün ən yaxşı futbolçusu seçilib

Bakı. Trend:

İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kərim Benzema ötən mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb.

Trend xəbər verir ki, qalibin adı Türkiyənin İstanbul şəhərində keçirilən Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanıb.

Fransalı forvard səsvermədə komanda yoldaşı olan belçikalı qapıçı Tibo Kurtua və İngiltərənin “Mançester Siti” komandasının yarımmüdafiəçisi Kevin de Brüyneni qabaqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti