Bakı. Trend:
Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.
Trend-in məlumatına görə, Ağdam təmsilçisi Almaniyada, “Europa-Park” stadionunda “Frayburq”un qonağı olub.
Matç Almaniya klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada “Qarabağ”ın heyətində Marko Veşoviç fərqlənib. “Frayburq”un qollarını isə Vinçentso Qrifo və Ritsu Doan vurublar.
G qrupunun digər oyununda isə “Nant” Fransada “Olimpiakos”a (Yunanıstan) eyni hesabla qalib gəlib.