...

“Qarabağ” klubu “Sumqayıt”ı məğlub edib

İdman Materials 16 Oktyabr 2022 22:47 (UTC +04:00)
“Qarabağ” klubu “Sumqayıt”ı məğlub edib

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında onuncu tura yekun vurulub.

Trend xəbər verir ki, turun sonuncu oyununda Azərbaycan çempionu “Qarabağ” klubu “Sumqayıt”ı qəbul edib.

“Azersun Arena”da oynanılan matç Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xallarının sayını 27-ə çatdıran “Qarabağ” turnir cədvəlində birinci pillədə qərarlaşıb.

“Sumqayıt” klubu 4 xalla doqquzuncudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti