...

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi İmişlidə (FOTO)

İdman Materials 19 Oktyabr 2022 20:03 (UTC +04:00)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi İmişlidə (FOTO)

Bakı. Trend:

19 oktyabr 2022-ci il tarixdə AFFA-nın, Uşaq Gənclər Futbol Federasiyasının və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İmişl rayonunda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.

Bu layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Mərkəzində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Bu layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədi ilə pulsuz idman geyimləri və futbol topları verilib.

Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları Razi Nurullayev, Sabir Hacıyev və YAP İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev çıxış ediblər.

Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti