...

Modriç Xorvatiya millisindəki karyerasını başa vuracağını açıqlayıb

İdman Materials 26 Oktyabr 2022 05:25 (UTC +04:00)
Modriç Xorvatiya millisindəki karyerasını başa vuracağını açıqlayıb

Bakı. Trend:

Furbol üzrə Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç Qətərdə keçiriləcək dünya çempionatında sonra millidəki karyerasını başa vuracaq.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı L.Modriç "ESPN" agentliyinə bildirib.

"Başa düşürəm ki, artıq müəyyən yaşa çatmışam. Bu, Xorvatiya millisi ilə sonuncu turnirim olacaq", - deyə yarımmüdafiəçi bildirib.

Qeyd edək ki, L.Modriç Xorvatiya millisinə ilk dəfə 2006-cı ildə çağırılıb. Bu müddət ərzində millinin heyətində 150-dən çox matç keçirib. 9 dəfə yarımmüdafiəçi ölkəsinin ən yaxşı oyunçusu seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti