...

“Nant” – “Qarabağ” oyunu başlayıb

İdman Materials 27 Oktyabr 2022 23:20 (UTC +04:00)
“Nant” – “Qarabağ” oyunu başlayıb

Bakı. Trend:

Fransada UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində keçirilən “Nant” - “Qarabağ” oyunu başlayıb.

Trend xəbər verir ki, “Nant”ın start heyətində Alban Lyafon, Andrey Cirotto, Pedro Çirivelya, Evann Gessan, Samuel Mutussami, Ludovik Blas, Jan-Şarl Kastelletto, Sebastyan Korşya, Kenten Merlen, Mustafa Məhəmməd və Abdul-Kader Bamba yer alıblar.

“Qarabağ”ın heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Riçard Almeyda, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Filip Ozobiç, Kadi Borges, Toral Bayramov, Marko Veşoviç və Kevin Medina çıxıblar.

"Bojuar" stadionunda oynanılan matçı danimarkalı baş hakim Yakob Kehlet idarə edir.

Hesabında 7 xal olan Ağdam təmsilçisi G qrupunda ikinci pillədə qərarlaşıb.

Üç xalı olan “Nant” isə üçüncüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti