...

Ronaldu Portuqaliyanın dünya çempionatı üçün müəyyən edilən heyətinə münasibət bildirib

İdman Materials 11 Noyabr 2022 02:18 (UTC +04:00)
Ronaldu Portuqaliyanın dünya çempionatı üçün müəyyən edilən heyətinə münasibət bildirib

Bakı. Trend:

"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək dünya çempionatı üçün Portuqaliya yığmasının müəyyən edilən heyətinə münasibət bildirib.

Trend xəbər verir ki, K.Ronaldu da millinin heyətində çıxış edəcək.

"Biz Portuqaliyanın adını yenidən ucaltmağa hazırıq! Cənab Fernando Santuşun siyahısında 26 ad var, onların hər biri çağırılıb! İrəli, Portuqaliya", - deyə K.Ronaldu bildirib.

Xatırladaq ki, Portuqaliyanın heyətinə 26 futbolçu düşüb: qapıcılar - Dioqu Koşta ("Portu"), Joze Sa ("Vulverhempton", İngiltərə), Ruy Matrisiu ("Roma", İtaliya); müdafiəçilər - Dioqu Dalot ("Mançester Yunayted", İngiltərə), Joau Kanselo, Ruben Diaş (hər ikisi "Mançester Siti", İngiltərə), Danilu Pereyra, Nuno Mendeş (hər ikisi PSJ, Fransa), Pepe ("Porto"), Antoniu Silva ("Benfika"), Rafael Qerreyru ("Borussia Dortmund", Almaniya); yarımmüdafiəçilər - Joau Palinya ("Fulhem", İngiltərə), Ruben Neveş, Mateus Nuneş (hər ikisi "Vulverhempton", İngiltərə), Bernardu Silva ("Mançester Siti", İngiltərə), Brunu Fernandeş ("Mançester Yunayted", İngiltərə), Joau Mariu ("Benfika"), Otaviu Monteyru ("Porto"), Vitinya (PSJ, Fransa), Vilyam Karvalyu ("Betis", İspaniya); hücumçular - Andre Silva ("Leypsiq", Almaniya), Kriştianu Ronaldu ("Mançester Yunayted", İngiltərə), Qonsalu Ramuş ("Benfika"), Joau Feliks ("Atletiko Madrid", İspaniya), Rafael Leau ("Milan", İtaliya), Rikardu Orta ("Braqa").

Напомним, 21 октября Роналду отстранили от тренировок из-за того, что он покинул стадион "Олд Траффорд" до финального свистка в матче против лондонского "Тоттенхэма" в рамках 12-го тура чемпионата Англии. Он не присутствовал в раздевалке, когда его партнеры по команде праздновали победу.

Он также не попал в заявку "Юнайтед" на матч с лондонским "Челси" в рамках 13-го тура чемпионата Англии. Игра завершилась ничьей 1:1.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti