...

Kərim Benzema zədə səbəbindən dünya çempionatını buraxacaq

İdman Materials 20 Noyabr 2022 03:48 (UTC +04:00)
Kərim Benzema zədə səbəbindən dünya çempionatını buraxacaq

Bakı. Trend:

İspaniyanın "Real Madrid" futbol klubunun və Fransa yığmasının hücumçusu Kərim Benzema zədə səbəbindən dünya çempionatında iştirak etməyəcək.

Trend-in məlumatına görə, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti bildirib.

K.Benzema əzələləri zədələndiyi üçün şənbə günü komandanın məşqini tərk etmək məcburiyyətində qalıb.

"Karyerasında bu dünya çempionatı əsas məqsəd olan Kərimə görə heyifslənirəm. Fransa yığması üçün bu itkisinə baxmayaraq, komandama arxainam. Bu böyük sınaqdan keçmək üçün əlimizdən gələni edəcəyik", - deyə Fransanın baş məşqçisi Didye Deşam bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti