...

"Ocaq" beynəlxalq kubokunda müxtəlif ölkələrdən gimnastları qəbul etməkdən məmnunuq – Yarışın direktoru

İdman Materials 26 Noyabr 2022 10:22 (UTC +04:00)
"Ocaq" beynəlxalq kubokunda müxtəlif ölkələrdən gimnastları qəbul etməkdən məmnunuq – Yarışın direktoru
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Biz "Ocaq" beynəlxalq kubokunu ilk dəfə keçiririk və müxtəlif ölkələrdən gimnastları Azərbaycanda qəbul etməkdən məmnunuq.

Bunu cümə günü Trend-ə yarışın direktoru Lalə Məhərrəmova deyib.

""Ocaq" beynəlxalq kubokunun təşkilat komitəsi çalışır ki, yarışlar yüksək səviyyədə keçsin, qonaqlar və iştirakçılar məmnun qalsın. Biz "Ocaq" beynəlxalq kubokunu illik yarışa çevirmək istəyirik. Fikrimcə, bu, bizdə alınacaq, çünki gənc gimnastların yarışa marağı böyükdür və bu, bizi sevindirir.

L.Məhərrəmova vurğulayıb ki, Bakı hər il bədii gimnastika üzrə iri turnirlər qəbul edir.

"Bakıda hər il bədii gimnastika üzrə Dünya kubokunun mərhələsi keçirilir. Növbəti yarış gələn il aprelin 21-dən 23-dək keçiriləcək, mayın 17-21-də isə Avropa çempionatı baş tutacaq. Bu yarışlarda ən yüksək səviyyəli idmançılar, bədii gimnastika ulduzları iştirak edir. "Ocaq" beynəlxalq kubokunu isə biz klublarda məşq edən gənc gimnastlar üçün təşkil edirik. İnanırıq ki, bu yarışda iştirak onların gələcək nailiyyətlərinə təkan verəcək", - deyə o bildirib.

Qeyd edək ki, 1-ci "Ocaq" beynəlxalq kuboku noyabrın 25-27-də keçirilir. 13 ölkənin nümayəndəsi "Ocaq" idman klubunun ilk beynəlxalq tədbirində qüvvələrini sınayır. Yarışlarda 2007-2016-cı il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətlərdə iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti