Bakı. Trend:
Beşqat "Qızıl top"un sahibi Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl Nəsr" futbol klubu ilə müqavilə imzalamayıb.
Trend xəbər verir ki, K.Ronaldu "Record" nəşrinə açıqlamasında deyib.
"Xeyr, bu doğru deyil", - deyə portuqaliyalı ulduz futbolçu müvafiq suala cavabında bildirib.
Xatırladaq ki, daha əvvəl KİV-lər K.Ronaldunun Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu ilə müqavilə imzaladığı deyiliridi. Müqavilənin 2,5 mövsümlük nəzərdə tutulduğu və 200 milyon dollar maaş qarşılığında imzalandığı bildiriliridi.