...

İspaniya millisinin yeni baş məşqçisi açıqlandı

İdman Materials 8 Dekabr 2022 17:16 (UTC +04:00)
(Əlavə olunub)
İspaniya millisinin yeni baş məşqçisi açıqlandı

Bakı. Trend:

İspaniya Futbol Federasiyası Luis de la Fuentenin İspaniya milli komandasının baş məşqçisi təyin olunduğunu açıqlayıb.

Trend xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

61 yaşlı mütəxəssis daha əvvəl İspaniyanın yeniyetmə və gənclərdən ibarət milli komandalarında çalışıb.

Məşqçi Qətərdə keçirilən dünya çempionatı başa çatdıqdan sonra əsas komandadakı vəzifəsinə başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti