...

Messi “Qızıl top”a əsas namizəddir, Kvaratsxeliya ilk 10-luqdadır

İdman Materials 13 Dekabr 2022 07:28 (UTC +04:00)
Messi “Qızıl top”a əsas namizəddir, Kvaratsxeliya ilk 10-luqdadır

Bakı. Trend:

Məşhur “Goal” nəşri "Qızıl top" uğrunda mübarizədə favoritlərin yenilənmiş reytinqini dərc edib.

Trend-in məlumatına görə, PSJ-nin komanda yoldaşı fransalı Kilian Mbappeni əvəzləyən hücumçu Lionel Messi siyahıya başçılıq edir. Yenilənmiş ilk onluqda fransalı hücumçu Antuan Qrizmann da yer alıb.

Nəşrin reytinqində ilk 10-da sıralama aşağıdakı kimidir:

1. Lionel Messi (PSJ);

2. Kilian Mbappe (PSJ)

3. Erlinq Haaland (“Mançester Siti”)

4. Neymar (PSJ)

5. Robert Levandovski (“Barselona”)

6. Vinisius Junior (“Real Madrid”);

7. Kevin de Bruyne (“Mançester Siti”)

8. Məhəmməd Salah (“Liverpul”)

9. Xviça Kvaratsxeliya (“Napoli”)

10. Antuan Qrizmann (“Atletiko”)

Qeyd edək ki, “Qızıl top”un hazırkı sahibi “Real”ın və Fransa millisinin hücumçusu Kərim Benzema 20-ci pillədə qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti