Bakı. Trend:
Xorvatiya yığmasının kapitanı Luka Modriç üçüncü yer uğrunda Mərakeşlə oyundan sonra milli komandada oynamağa davam edəcəyini bildirib.
Trend xəbər verir ki, bu barədə "Index.hr" portalı məlumat yayıb.
"Xorvatiya millisində Millətlər Liqasında oynamağa davam edəcəyəm. Bundan sonra nə edəcəyimizə baxacağıq", - deyə L.Modriç bildirib.
Xatırladaq ki, ötən üçüncü yer uğrunda keçirilən oyunda xorvatlar Mərakeş millisini məğlub edərək DÇ-2022-nin bürünc medallarını qazanıblar.