Bakı. Trend:
Fransa millisinin hücumçu Kərim Benzema Fransa prezidenti Emmanuel Makronun Qətərdə keçirilən futbol üzrə dünya çempionatının finalında birlikdə iştirak etmək təklifindən imtina edib.
Trend-in məlumatına görə, bu barədə "ESPN" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, zədə səbəbindən turniri buraxan hücumçu prezident təyyarəsində tamaşaçı kimi Qətərə gedə bilərdi, lakin bu dəvəti qəbul etməyib. Qeyd olunub ki, K.Benzema hələ də komandanı dəstəkləyir və Argentina ilə mübarizədə onun titul qazanmasını istəyir.
Qeyd edək ki, Noyabrın 20-də 34 yaşlı hücumçunun məşq zamanı bud nahiyəsindən zədə aldığı məlum olub.