Bakı. Trend:
Səudiyyə Ərəbistanının “Əl-Nəsr”ın idman direktoru Marselo Salazar portuqaliyalı hücumçu Kriştianu Ronaldunun kluba mümkün keçidi haqda danışıb.
Trend xəbər verir ki, onun sözlərini "Record" portalı paylaşıb.
"Mənim hə və ya yox demək səlahiyyətim yoxdur. İlin sonuna qədər vəziyyəti müşahidə edəcəyik. Bu sövdələşmə təkcə klub üçün deyil, həm də ölkə üçün, bütövlükdə dünya futbolu üçün böyük əhəmiyyət kəsb edir", - deyə idman direktoru bildirib.
Qeyd edək ki, dekabrın 22-də portuqaliyalının Səudiyyə Ərəbistanı komandası ilə 2030-cu ilə qədər müqavilə imzalayacağına dair məlumat yayılıb.