...

“Qarabağ” klubu “Neftçi”nin sabiq futbolçusu ilə maraqlanır

İdman Materials 27 Dekabr 2022 20:21 (UTC +04:00)
“Qarabağ” klubu “Neftçi”nin sabiq futbolçusu ilə maraqlanır

Bakı. Trend:

Kadi Borgesin gedəcəyi halda “Qarabağ” klubu onun boşluğunu “Neftçi”nin sabiq futbolçusu ilə doldura bilər.

Trend xəbər verir ki, söhbət mərakeşli yarımmüdafiəçi Sabir Buqrindən gedir.

Hazırda Tunisin “Esperansa” klubunda oynayan legioner baş məşqçi Qurban Qurbanovun bəyəndiyi futbolçulardandır.

“Neftçi”də 2 mövsüm keçirən Buqrin 37 oyunda rəqib qapılarından 4 top keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti