Bakı. Trend:
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu əcnəbi oyunçu limitinə görə növbəti matçda "Əl-Nəsr"in heyətində debüt edə bilməyəcək.
Trend xəbər verir ki, bu barədə klubdakı mənbəyə istinadən "AFP" agentliyi məlumat yayıb.
Məlumata əsasən, Səudiyyə Ərəbistanı çempionatına maksimum səkkiz əcnəbi oyunçu heyətə daxil ola bilər. K.Ronaldu klubda 9-cu əcnəbi olub.
"Əcnəbilərdən hansısa ya qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilməklə, ya da transfer yolu ilə komandanı tərk etməlidir. Bu cür danışıqlar gedir, lakin son mərhələdən çox uzaqdır", - deyə mənbə bildirib.