Bakı. Trend:
Bu gün İspaniya Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Barselona" və "Real Sosyedad" klubları qarşılaşıb.
Trend xəbər verir ki, oyun "Barselona"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu Usman Dembele vurub.
Beləliklə, "Barselona" İspaniya Kubokunun yarımfinal mərhələsinə yüksəlib.