...

Braziliya Futbol Konfederasiyası irqçiliyə görə klubları cəzalandıracaq

İdman Materials 15 Fevral 2023 05:41 (UTC +04:00)
Braziliya Futbol Konfederasiyası irqçiliyə görə klubları cəzalandıracaq

Bakı. Trend:

Braziliya Futbol Konfederasiyası (CBF) yarış reqlamentində azarkeşlər tərəfindən irqçiliyə görə cəza daxil edəcək.

Trend-in məlumatına görə, bu barədə "Globo" qəzeti xəbər verib.

Bildirilib ki, müvafiq qərar təşkilatın şurasının iclasında qəbul edilib. Minimum cəza 500.000 real (təxminən 90.000 dollar) məbləğində cərimə olacaq. Bu cərimə irqçilik təzahürlərinin ilk hallarında komandalara təyin olunacaq.

Residivlər baş verərsə, komanda boş tribunalar qarşısında oynamağa məcbur olacaq. Əgər irqçilik halları hələ də təkrarlanırsa, bu, komandanya xal itkisi bahası ilə başa gələ bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti