Bakı. Trend:
Formula 1 Azərbaycan Qran Prisi üçün üç tribunanın biletləri artıq tamamilə satılıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən
məlumata görə, Filarmoniya və Abşeron “B” sektoru tribunalarından
sonra Sahil tribunası biletlərin hamısının satıldığı sayca üçüncü
tribunadır.
28-30 aprel tarixlərində paytaxtımızın ev sahibliyi edəcəyi Formula
1 Azərbaycan Qran Prisi üçün nəzərə tutulmuş tribuna biletlərinin
satışı sürətlə davam edir. Bununla da, Sahil tribunasına yerlər
tamamilə tutulmaqla qalan tribuna biletlərinin 50%-dən çox hissəsi
satılıb.
Hazırda biletlər 100-ə yaxın ölkədən alınır. Buraya Azərbaycan, Birləşmiş Krallıq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Niderland, Avstriya, Almaniya, İrlandiya, İtaliya, İsrail, Argentina, Hindistan, Amerika Birləşmiş Ştatları, Meksika daxildir. Bilet alışına görə isə ilk üçlükdə isə Azərbaycan, Birləşmiş Krallıq və Niderland qərarlaşıb.