...

İspaniya La Liqası: “Real Madrid” “Atletiko” ilə heç-heçə edib

İdman Materials 26 Fevral 2023 00:17 (UTC +04:00)
İspaniya La Liqası: “Real Madrid” “Atletiko” ilə heç-heçə edib

Bakı. Trend:

"Real Madrid" klubu futbol üzrə İspaniya çempionatının 23-cü turu çərçivəsində evdə "Atletiko Madrid" ilə heç-heçə edib.

Trend-in məlumatına görə, görüş 1:1 hesabı ilə başa çatıb.

"Real Madrid"in heyətində 85-ci dəqiqədə Alfaro Rodriqes fərqlənib. "Atletiko Madrid"in heyətində Xose Mariya Ximenez qol vurub (78). Görüşün 64-cü dəqiqəsində “Atletiko”nun yarımmüdafiəçisi Anxel Korrea kobud qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

"Real Madrid" 23 matçdan sonra 52 xalla turnir cədvəlində lider "Barselona"dan 7 xal geri qalaraq ikincidir. “Atletiko” 23 oyundan sonra 42 xalla dördüncüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti