Bakı. Trend:
“Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında fevral ayının ən yaxşı oyunçusu seçilib.
Trend xəbər verir ki, bu barədə turnirin saytında bildirilir.
Fevral ayında 38 yaşlı forvard 8 matçda iştirak edib, bu oyunlarda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.