...

İdman və akrobatika gi̇mnasti̇kası üzrə Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatına start verilib (FOTO)

İdman Materials 14 Mart 2023 15:09 (UTC +04:00)
İdman və akrobatika gi̇mnasti̇kası üzrə Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatına start verilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

14-16 mart tarixlərində Milli Gimnastika Arenasında ki̇şi̇ i̇dman gi̇mnasti̇kası və akrobati̇ka gi̇mnasti̇kası üzrə 28-ci̇, qadın i̇dman gi̇mnasti̇kası üzrə 7-ci̇ Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatına start verilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra “Ocaq Sport” Klubu, “Neftçi” İdman klubu, Bakı Gimnastika Məktəbi, “Qarabağ” İdman Klubu (Bərdə), 13 nörməli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirmələrinin iştirak etdiyi yarışlar başlayıb.

Kişi idman gimnastikasının nümayəndələri yarışlarda kiçiklər (2016-cı il təvəllüdlü), balacalar (2014-2015-ci il təvəllüdlü), uşaqlar (2012-2013-cü il təvəllüdlü), yeniyetmələr (2010-2011-ci il təvəllüdlü), gənclər (2008-2009-ci il təvəllüdlü və 2006-2007-ci il təvəllüdlü) və böyüklər (2005-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyasında yarışlarda çıxış edəcəklər.

Qadın idman gimnastikasının nümayəndələri uşaqlar (2013-2014-cü il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü) və gənclər (2008-2010-ci il təvəllüdlü) yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.

Yarışlarda akrobatika gimnastikası üzrə idmançılar balacalar (2008-2017-ci il təvəllüdlü), uşaqlar (2007-2012-c il təvəllüdlü), yeniyetmələr (2005-2012-ci il təvəllüdlü), gənclər (2004-2010-cu il təvəllüdlü) və böyüklər (2008-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyasında qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında çıxış edəcəklər.

Yarışlar Milli Gimnastika Arenasında 14-16 mart tarixləri arasında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti