...

Azərbaycan çempionatı idmançılarımıza beynəlxalq yarışlardan əvvəl proqramlarını təkmilləşdirmək imkanı verir - AGF-nin baş katibi

İdman Materials 24 Mart 2023 15:33 (UTC +04:00)
Azərbaycan çempionatı idmançılarımıza beynəlxalq yarışlardan əvvəl proqramlarını təkmilləşdirmək imkanı verir - AGF-nin baş katibi
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii Gimnastika üzrə 28-ci Azərbaycan çempionatı idmançılarmıza aprel ayında ölkəmizdə keçiriləcək “AGF Trophy” Beynəlxalq Turniri və bədii gimnastika üzrə FIG Dünya Kuboku öncəsi öz proqramlarını təkmilləşdirmək imkanı verir.

Trend -in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə deyib.

N.Məmmədzadə qeyd edib ki, bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı bu il ölkədə gimnastika növləri üzrə təşkil olunan üçüncü yerli yarışdır.

"Belə ki, fevral ayında batut və tamblinq, martın ortalarında kişilər və qadınlar arasında idman gimnastikası və akrobatika gimnastikası üzrə respublika yarışları keçirilib. Bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatının yarışları iki gün davam edəcək. Onlar fərdi proqramda çıxış edən gimnastlar arasında keçirilir, qrup komandaları isə nümunəvi çıxışlar təqdim edəcəklər”, - AGF-nin baş katibi bildirib.

N.Məmmədzadə onu da əlavə edib ki, çempionatın iştirakçıları arasında Azərbaycan bədii gimnastikasının parlaq nümayəndələri - Zöhrə Ağamirova və yığma komandanın digər üzvləri var.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı başlayıb.

Ən zərif gimnastika növünün nümayəndələri 24 və 25 mart tarixlərində bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatında qüvvələrini sınayacaqlar.

Yarışda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə-Naftalan, “Grasiya” İdman Klubu, “Zirə”, Sumqayıtdan ümumilikdə 53 gimnast iştirak edəcək.

Çempionatda 2008-2010-cu il təvəllüdlü gənclər və 2007-ci il təvəllüdlü böyükyaşlı idmançılar fərdi və qrup hərəkətləri proqramında qüvvələrini sınayacaqlar.

Fərdi gimnastlar arasında qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə (halqa, top, gürzlər, lent) müəyyənləşəcək. Qrup hərəkətləri komandaları 5 ip və 5 top (gənclər) və 5 halqa və 3 lent və 2 top (böyüklər) proqramında müsabiqədən kənar proqramlarını nümayiş etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti