...

Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

İdman Materials 1 Aprel 2023 08:23 (UTC +04:00)
Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

Bakı. Trend:

İspaniyanın "Real Madrid" futbol klubu fransalı hücumçusu Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanı klublarından birində davam etdirə bilər.

Trend-in məlumatına görə, bu barədə "Todofichajes" xəbər verib.

Mənbənin məlumatına görə, hücumçu hələ Madrid klubunun tərkibində çıxışını davam etdirmək istədiyinə əmin deyil. Artıq ona Səudiyyə Ərəbistanından karyerasını bitirmək üçün münasib olan təklifin olduğu da bildirilib.

Eyni zamanda, "Real Madrid" hələ fransalı futbolçu ilə yeni müqavilə imzalamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti