...

AGF Trophy beynəlxalq turniri: Özbəkistanlı gimnast topla hərəkətdə qızıl medal qazandı

İdman Materials 16 Aprel 2023 11:24 (UTC +04:00)
AGF Trophy beynəlxalq turniri: Özbəkistanlı gimnast topla hərəkətdə qızıl medal qazandı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistanlı idmançı Natalya Usova Bakıda keçirilən bədii gimnastika üzrə AGF Trophy beynəlxalq turnirində gənclər arasında topla hərəkətdə qızıl medal qazanıb.

Trend xəbər verir ki, onun bu proqramın finalında çıxışı hakimlər tərəfindən 32.400 xalla qiymətləndirilib.

Gümüş medalı Kipr təmsilçisi Vera Tuqolukova (31.150 xal), bürünc medalı isə İsraildən olan Lian Rona (30.600 xal) qazanıb.

Azərbaycan gimnastları Şəms Ağahüseynova (27,850 bal) və Sofiya Məmmədova (27,450 xal) müvafiq olaraq altıncı və yeddinci yerləri tutublar.

Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirin yarışları 14-16 aprel tarixlərində keçirilir. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti