...

AGF Trophy beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb (FOTO)

İdman Materials 16 Aprel 2023 13:08 (UTC +04:00)
AGF Trophy beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 16-da Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirinin qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.

Trend xəbər verir ki, qalib və mükafatçılar gənclər arasında halqa və topla hərəkətlərdə, gənclər yaş qrupu üzrə komandalar arasında qrup hərəkətləri üzrə 5 iplə proqramda mükafatlandırılıblar.

Gənclər arasında halqa ilə hərəkətdə Vera Tuqolukova (Kipr) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Liliana Levinska (Polşa) ikinci, Lian Rona (İsrail) üçüncü olub.

Qalib və mükafatçılara mükafatları beynəlxalq kateqoriyalı hakimlər Deliya Halmu (Avstraliya), Alona Koşevatski (İsrail) və Maya Filippova (Özbəkistan) təqdim edib.

Gənclər arasında topla hərəkətdə Natalya Usova (Özbəkistan) qızıl, Vera Tuqolukova (Kipr) gümüş, Lian Rona (İsrail) bürünc medal qazanıblar.

Qalib və mükafatçılara mükafatları beynəlxalq kateqoriyalı münsiflər Mariya Mrozinska (Polşa), Katalin Kis (Macarıstan), Janıl Kaymazarova (Qırğızıstan) təqdim ediblər.

5 iplə proqramda qızıl medalı qrup hərəkətlərində İsrailin yeniyetmələrdən ibarət komandası, gümüş medalı Azərbaycan komandası, bürünc medalı isə Polşa təmsilçiləri qazanıblar.

Qalib və mükafatçılara mükafatları beynəlxalq kateqoriyalı hakimlər Maya Nikolaeva (Moldova), Valya Markova (Bolqarıstan), Polivia Tricomity (Kipr) təqdim ediblər.

Həmçinin Azərbaycan Gimnastika Federasiyasının xüsusi təsis edilmiş mükafatı - "AGF Trophy" kubokunun təqdimatı keçirilib.

Fərdi proqramında çıxış edən gənclər arasında "AGF Trophy" kubokunu Vera Tuqolukova (Kipr), qrup hərəkətlərində yeniyetmələrdən ibarət komandalar arasında "AGF Trophy" kubokunu İsrail komandası qazanıb.

Milli Məclisin deputatı, Azərbaycan Gimnastika Federasiyası İcraiyyə Komitəsinin üzvü Rauf Əliyev qalib və mükafatçılara mükafatları təqdim edib.

Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirin yarışları 14-16 aprel tarixlərində keçirilir. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti