...

Özbəkistan idmançısı lentlə hərəkətdə AGF Trophy turnirində qızıl medal qazanıb

İdman Materials 16 Aprel 2023 14:04 (UTC +04:00)
Özbəkistan idmançısı lentlə hərəkətdə AGF Trophy turnirində qızıl medal qazanıb
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika üzrə AGF Trophy beynəlxalq turnirinin qızıl medalını gənclər arasında lentlə hərəkətdə Özbəkistan idmançısı Sofiya Usova qazanıb.

Trend xəbər verir ki, onun bu proqramın finalında çıxışı hakimlər tərəfindən 29.200 xalla qiymətləndirilib.

Gümüş medalı polşalı Liliana Levinska (29.100 xal), bürünc medalı isə moldovalı Darya Slyusarenko (29.000 xal) qazanıb.

Azərbaycan gimnastı Nuray Əhmədzadə 27.350 xalla altıncı yeri tutub.

Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirin yarışları 14-16 aprel tarixlərində keçirilir. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti