...

Gənc gimnastlarımız AGF Trophy beynəlxalq turnirində 5 topla proqramda birinci yeri tutub

İdman Materials 16 Aprel 2023 14:37 (UTC +04:00)
Gənc gimnastlarımız AGF Trophy beynəlxalq turnirində 5 topla proqramda birinci yeri tutub
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində qrup hərəkətləri üzrə Azərbaycanın gənclərdən ibarət komandası 5 topla proqramın finalında birinci yeri tutub.

Trend xəbər verir ki, Gövhər İbrahimova, İlahə Bahadırova, Zəhra Cəfərova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, Ayan Sadıqovanın yer aldığı komandanın nəticəsi 31.700 xal olub.

İkinci yerdə İsrail komandası (31,600 xal), üçüncü yerdə Macarıstan komandası (29,000 xal) qərarlaşıb.

Azərbaycanın gənclərdən ibarət ikinci komandası 24.250 xalla bu proqramda yeddinci yeri tutub.

Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirin yarışları 14-16 aprel tarixlərində keçirilir. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti