...

AGF Trophy beynəlxalq turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib (FOTO)

İdman Materials 16 Aprel 2023 15:26 (UTC +04:00)
AGF Trophy beynəlxalq turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 16-da Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxaq turnirinin qalib və mükafatçılarının növbəti mükafatlandırma mərasimi keçirilib.

Trend xəbər verir ki, gənclər arasında gürz və lentlə hərəkətlərdə, həmçinin 5 topla proqramda qrup hərəkətləri üzrə gənclərdən ibarət komandalar arasında qalib və mükafatçılar mükafatlandırılıb.

Gənclər arasında gürzlərlə hərəkətlərdə Liliana Levinska (Polşa) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, kiprli Vera Tuqolukova ikinci, Dara Malinova (Bolqarıstan) üçüncü yerə çıxıb.

Mükafatları beynəlxalq kateqoriyalı hakimlər Rassa Zidoniene (Litva), Janıl Kaymazarova (Qırğızıstan), Ləman Göyüşova (Azərbaycan) təqdim ediblər.

Gənclər arasında lentlə hərəkətdə Sofiya Usova (Özbəkistan) qızıl, Liliana Levinska (Polşa) gümüş, Darya Slyusarenko (Moldova) bürünc medala sahib olublar.

Mükafatları Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə, beynəlxalq dərəcəli hakimlər Ji-e Li (Koreya) və Elnarə Hüseynova (Azərbaycan) təqdim ediblər.

5 topla proqramda qızıl medalı Azərbaycanın gənclərdən ibarət komandası, gümüş medalı İsrail komandası, bürünc medalı Macarıstan təmsilçiləri qazanıblar.

Mükafatları Monteneqro Gimnastika Federasiyasının prezidenti Vesna Radoniç, Milli Gimnastika Arenasının direktoru Emil Mustafayev və beynəlxalq dərəcəli hakim Aysel Allahverdiyeva təqdim ediblər.

Həmçinin Azərbaycan Gimnastika Federasiyasının xüsusi təsis edilmiş mükafatı - AGF Trophy kubokunun təqdimatı keçirilib. Mükafat böyüklər kateqoriyasında qrup hərəkətləri üzrə Azərbaycan komandasına təqdim olunub. Onu bədii gimnastika üzrə Azərbaycan yığmasının məşqçisi Siyana Vasileva təqdim edib

Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirin yarışları 14-16 aprel tarixlərində keçirilir. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti