Bakı. Trend:
Bakıda keçirilən bədii gimnastika üzrə AGF Trophy beynəlxalq turnirində böyüklər arasında halqa ilə hərəkətdə gimnastımız Zöhrə Ağamirova qızıl, digər təmsilçimiz Alina Gözəlova isə gümüş medal qazanıb.
Trend xəbər verir ki, Zöhrə Ağamirova 33.700 xal, Alina Gözəlova isə 30.350 xal nəticə göstərib.
29.300 xalla bürünc medalı isveçrəli Nora Demyer qazanıb.
Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirin yarışları 14-16 aprel tarixlərində keçirilir. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edir.