...

Gimnastımız AGF Trophy beynəlxalq turnirində lentlə hərəkətdə birinci yeri tutub

İdman Materials 16 Aprel 2023 18:21 (UTC +04:00)
Gimnastımız AGF Trophy beynəlxalq turnirində lentlə hərəkətdə birinci yeri tutub
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Böyüklər arasında lentlə hərəkətdə bədii gimnastika üzrə AGF Trophy beynəlxalq turnirinin qızıl medalını gimnastımız Zöhrə Ağamirova qazanıb.

Trend-in məlumatına görə, onun çıxışı hakimlər tərəfindən 31.400 xalla qiymətləndirilib.

Gümüş medalı 30,750 xalla Azərbaycan millisinin digər təmsilçisi - Alina Gezalova, bürünc medalı macarıstanlı Evelin Viktoriya Koçşis qazanıb, hakimlər ona proqrama görə 29,400 xal veriblər.

Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirin yarışları 14-16 aprel tarixlərində keçirilir. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti